Nazpəri Dostəliyeva səhnədə oynayarkən - FOTO

30 Sentyabr 2016 13:39

Xalq artisti Nazpəri Dostəliyeva tədbirlərin birində fotokamera qarşısına keçib. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, gecəyə qara uzun libas geyinən müğənni səhnədə "Qal sənə qurban" mahnısını səsləndirib. 

O, tamaşaçıları üçün darıxdığını bildirib:

"Ələkbər Tağıyevin bu mahnısını dünyanın 17 ölkəsində oxumuşam. Türkiyədəki konsertimdə oranın böyük sənətkarlarına irad da tutdum ki, bəstəni "Şunda, bunda" deyə səsləndirməsinlər. Sizlər üçün, doğrudan da, darıxmışdım".

N.Dostəliyeva səhnədə qol qaldırıb oynayıb. Konserti izləməyə gələnlər müğənninin bu rəqsini alqışlarla qarşılayıblar.

Milli.Az