Küsülü xalq artistləri eyni səhnədə - FOTO

30 Sentyabr 2016 13:30

Ötən gün Ələkbər Tağıyevin bəstələrinin səsləndirildiyi konsert proqramı baş tutub. 

Axşam.az-ın məlumatına görə, Heydər Əliyev Sarayında keçirilən gecədə bir çox maraqlı anlar yaşanıb. 

Onlardan biri də illərdir küsülü olan xalq artistləri Flora Kərimova ilə Faiq Ağayevin eyni səhnədə olması idi. Müğənnilər üz-üzə gəlməmək üçün məkana müxtəlif vaxtlarda daxil olublar. 

F.Ağayev məkana tez gəlsə də, çıxış saatının gec olduğunu bilib, amma ifaçı gözləmək istəməyib. O, tədbirdən gedib və bir neçə saatdan sonra geri qayıdıb.

Qeyd edək ki, F.Kərimova və F.Ağayev illərdir küsülüdür. Onlar hər dəfə bir-birinin ünvanına sərt ittihamlar irəli sürürlər. 

Milli.Az