Yol polisi bunu bilməlidir: Bu ərazidə təhlükə var - FOTO

28 Sentyabr 2016 11:17

Paytaxt sakinlərindən biri Milli.Az-a müraciət edərək Sabunçu rayonunda yollardan birində insanların həyatı üçün yaranmış təhlükə barədə məlumat verib. Onun fikrincə, müvafiq qurumlar, ilk növbədə Baş Dövlət Yol Polisi İdarəsi bundan xəbər tutmalı və təcili tədbir görməlidir:

"Sabunçu rayon Bakıxanov qəsəbəsində İcra Hakimiyyətinin düz qarşısında, piyada keçidinin üstündə bir işıqforun səhv quraşdırıldığının şahidi oldum. Mən 20 dəqiqə əzində o yolda müşahidə apardım. Düzünə qırmızı işıq yanır, amma sağ tərəf istiqamətində daimi yaşıl ışıq yanır. Piyadalar keçən zaman isə təhlükə ilə üzləşirlər. Belə ki, qırmızı işıq yandıqda keçidlə piyadalar öz yoluna, eyni zamanda sağ istiqamətdə hərəkət edən avtomobillər isə öz yoluna davam edirlər. Nəticədə təhlükəli vəziyyət yaranır, bəzən isə hadisələr baş verir".

Pünhan Mirzə
Milli.Az