Azərbaycanlı stilistdən seçim: model qızlar, yoxsa İrland iti?...

6 May 2011 08:45
Milli.Az xəbər verir ki, fantaziyasını və əl işini adətən başqalarının obrazında canlandıran stilist bu dəfə özü qəhrəman qismində çıxış edib. Paytaxtın ən məşhur fotoqrafı Orxan Aslanovla bir araya gələn Anar fantastik fotosessiyaya çəkilib. Fotosessiya açıq havada və studiyada baş tutub.

Çəkilişlərdə modellərdən, müxtəlif aksessuarlardan və İrland qoyun iti cinsindən olan köpəkdən istifadə olunub. Anar həmçinin fotokamera qarşısında İtaliyada istehsal olunmuş və qiyməti 10 min manat olan kresloda əyləşib. Stlist bir neçə seriyalarda çəkilən fotosessiyanın yerli və əcnəbi jurnallar üçün nəzərdə tutulduğunu bildirib.

Onu da qeyd edək ki, Anarın bu addımı möhtəşəm şounun tərkib hissəsi kimi nəzərdə tutulub.

Nəzakət
Milli.Az