Azərbaycanın Fransadakı səfirliyində seçicilərin fəallığı müşahidə olunur

26 Sentyabr 2016 13:37

Azərbaycanın Fransadakı səfirliyində yaradılmış seçki məntəqəsində ölkə Konstitusiyasına dəyişikliklərin edilməsi üzrə referendumda səs verən seçicilərin fəallığı müşahidə olunur.

Milli.Az bildirir ki, bunu Trend-ə diplomatik missiyadan deyiblər.

Fransada yaşayan, o cümlədən müvəqqəti olaraq bu ölkədə qalan, eləcə də fransız ali məktəblərində təhsil alan tələbələr səfirlik nəzdində yaradılmış seçki məntəqəsində səs verirlər.

Diplomatik missiyadan qeyd ediblər ki, məntəqədə şəffaf və azad səsvermə üçün hər cür şərait yaradılıb.

Milli.Az