AŞPA missiyasının rəhbəri: "Müşahidələrimizlə bağlı son nəticələri 1-2 aydan sonra təqdim edəcəyik"

26 Sentyabr 2016 13:23

AŞPA-nın Azərbaycanda keçirilən referendumla bağlı qiymətləndirmə missiyasının rəhbəri Aleksandr Nikoloski Bakıda səsverməni müşahidə edir.

Milli.Az APA-ya istinadən bildirir ki, bir neçə məntəqəyə baş çəkdikdən sonra jurnalistlərə açıqlamasında o bildirib ki, AŞPA missiyası Azərbaycan hökumətinin dəvəti ilə seçkiləri müşahidə etmək üçün gəlib:

"Missiya 7 nəfərdən ibarətdir. Biz mümkün qədər çox məntəqədə səsverməni müşahidə etməyə çalışırıq. Sabah ilkin müşahidələrimizlə bağlı mətbuat konfransı keçirəcəyik. 1-2 aydan sonra son nəticələri təqdim edəcəyik".

Milli.Az