Göygöldə ağır yol qəzası, ölən və yaralananlar var

9 Mart 2010 13:51
Milli.Az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, avtoqəza martın 8-də saat 11:25 radələrində, Üçtəpə kəndi ərazisində qeydə alınıb. Yeni Qızılca kənd sakini Nəsimi Seyidovun idarə etdiyi "Mercedes" və Gəncə şəhər sakini Vüqar Mehdiyevin idarə etdiyi "VAZ-2107" markalı avtomobillər toqquşub.

Nəticədə, V.Mehdiyev və sərnişini Qiymət Əhmədova hadisə yerində ölüb. N.Seyidov və sərnişinləri, Gəncə şəhər sakinləri Rəna Əhmədova, Laçın Əhmədova, Səma Nağızadə və onun qardaşı Məsim xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı Göygöl rayon Polis Şöbəsi tərəfindən araşdırmalar aparılır.

Milli.Az