Almaniyanın milli hava nəqliyyat şirkəti Lufthansada pilotlar çərşənbə günü tətilə çıxacaqlarını elan ediblər.
Bu, şirkətin qısa və orta-məsafəli uçuşlarına təsir edəcək.
Milli.Az BBC-yə istinadən bildirir ki, tətili pilotların "Vereinigung Cockpit" ittifaqı təşkil edib. Səbəb, nəqliyyat şirkətilə erkən təqaüd şəraitləri barədə uzun müddətdir davam edən mübahisədir.
Bu, Lufthansada son zamanlar baş verən çoxsaylı tətillərdən biridir.
Tətil 24 saat davam edəcək və Almaniyanın bütün aeroportlarına təsir edəcək. Amma şirkətin ucuz uçuş operatoru olan Eurowings-də tətillər olmayacaq, həmkarlar ittifaqı deyib.
Son il ərzində baş verən tətillər Lufthansa şirkətinə 232 milyon avroya başa gəlib.
Milli.Az