Məsciddə BİABIRÇILIQ: ölkə qarışdı - VİDEO

22 Sentyabr 2016 12:12

Tatarıstanda müğənninin məsciddə yarıçılpaq çəkdirdiyi klip ölkəni qarışdırıb.

Milli.Az a24.az-a istinadən xəbər verir ki, Razeda Qaniulinanın son klipi islam aləmində birmənalı qarşılanmayıb. Müğənninin bu hərəkətini tatar xalqının üz qarası adlandıran dindarlar ondan təcili olaraq Allah qarşısında günahlarının bağışlanması üçün dua etməsini və klipi internetdən silməsini tələb ediblər.
 
Qeyd edək ki, klip Tatarıstanın Bolqar şəhərində yerləşən Ağ məsciddə çəkilib. Bir neçə gün bundan əvvəl respublika kanallarında yayımlanmağa başlayıb. 

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Məsciddə BİABIRÇILIQ: ölkə qarışdı-