Təyyarənin mühərriki səmada dayandı

22 Sentyabr 2016 10:09

Cümə axşamı İndoneziyanın "Lion Air" aviaşirkətinə məxsus sərnişin təyyarəsi Makasar şəhər hava limanına qəza enişi edib.

Milli.Az Report-a istinadən xəbər verir ki, bu barədə "Detik" xəbər portalı məlumat yayıb.

İnsident nəticəsində xəsarət alan olmayıb.

İlkin məlumata görə, Ambon şəhərindən havaya qalxdıqdan təqribən 30 dəqiqə sonra "Boeing-737" laynerinin mühərriki dayanıb. Komandir yaxınlıqdakı hava limanına təcili eniş etmək barədə qərar qəbul edib.

Hazırda göyərtədə olan bütün sərnişinlər sağ-salamat təyyarəni tərk ediblər. İnsidentin araşdırılmasına başlanıb.

Milli.Az