"Təbrik edirik, diş çöpü qazandınız" - VİDEO

21 Sentyabr 2016 21:48

Elə biz də görəndə inanmamışdıq. Amma bir az araşdıranda məlum oldu ki, tumların və ya digər məhsulların içindən belə çox ucuz hədiyyələr tez tez çıxırmış.

Bu diş çöpü hədiyyəsi də yerli istehsal olan tumların birinin içindən çıxıb. Görəsən sahibkar bununla hansı səxavətini ortaya qoymaq istəyib?

Belə cılız həvəsləndirmə vasitələrindən istifadə edən sahibkarlara marketoloqların tövsiyyələrini çatdırmağı özümüzə borc bilirik.

Ataların isə bir sözü var: Çöpün də qədrini bilmək lazımdır. Yəqin sahibkarlar ağsaqqallara qulaq asmağı marketinq qaydalarından üstün tutublar.

Milli.Az "Xəzər Xəbər"ə istinadən mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin: