Bağlı qapı arxasında qalan qadının meyiti tapıldı

9 Mart 2010 13:26
Milli.Az xəbər portalı nazirliyin internet saytına istinadən xəbər verir ki, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən həmin şəxs mənzilin qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya verməyib. Xilasedicilər müvafiq xilasetmə alət və avadanlıqları vasitəsilə doqquzmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən həmin mənzilin qapısını bayır tərəfdən açıblar. Mənzilə baxış keçirilərkən 60 yaşlı Ramilya Şarafudinova döşəmədə hərəkətsiz vəziyyətdə aşkarlanıb. Keçirilmiş ilkin müayinə nəticəsində R.Şarafudinovanın vəfat etdiyi müəyyən edilib.

Milli.Az