Son on illin ən uğursuz avtomobilləri

18 Yanvar 2010 13:39
"İqtisadi forum" jurnalının məlumatına görə, reytinq avtomobil modellərinin illik satış həcmi əsasında hazırlanıb.

Nəşr şirkətin hər il satmaq üçün planlaşdırdığı avtomobillərin sayını faktiki olaraq satılanlarla müqayisə edib.

"Renault Vel Satis" markalı avtomobillər bazarda 2002-2005-ci illərdə satılıb. İstehsalçı şirkət hər il 3500 ədəd avtomobil satmağı planlaşdırsa da, 4 il ərzində cəmisi 1404-ü satılıb. Uğursuzluğun səbəbi maşının xarici görünüşü ilə bağlı olub.

"Fiat" şirkəti "Croma" modelini 5-6 min ədəd satmağı planlaşdırıbmış. Ancaq 2005-2008-ci illərdə satışın həcmi 1368 ədəd olub.

"Peugeot 1007" maşınlarının 2005-2008-ci illərdə hər il 17 min ədəd satılması planlaşdırılsa da, üst-üstə 8036 avtomobil satılıb.

Bundan başqa uğursuz maşınlar siyahısına "Maybach 57/62", "Alfa Romeo Spider", "Seat Toledo", "Opel Signum", "Dodge Avenger", "Jaguar X-Type", "Fiat Stilo", "Mercedes-Benz R-Class", "Subaru Tribeca", "Nissan Primera", "Peugeot 407 Coupe", "Renault Avantime", "Smart Roadster/smart Coupe" daxildir.

Milli.Az