Fransanın keçmiş prezidenti xəstəxanaya düşdü

18 Sentyabr 2016 14:18

Fransanın keçmiş prezidenti Jak Şirak ciyər infeksiyası diaqnozuyla xəstəxanaya yerləşdirilib.

Trend-in "Ria Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, 83 yaşlı keçmiş Fransa prezidentinin vəziyyəti ilə bağlı açıqlama verilmir.

Qeyd edək ki, Jak Şirak 1995-ci ildən 2007-ci ilə kimi Fransanın prezidenti olub.

Milli.Az