Kuyt Poqbanı təəccübləndirib

18 Sentyabr 2016 08:42

"Poqba yanıma gələrək "bu yaşda bu qədər qaçmağın inanılmaz" dedi. Dünyanın ən bahalı futbolçusunun mənə ayrı hörmət etməsi çox gözəldir". Milli.Az goal.az-a istinadən xəbər verir ki, bu sözləri "Feyenoord"un 35 yaşlı futbolçusu Dirk Kuyt səsləndirib. Holland futbolçu Poqbanın matçdan sonra onun yanına gələrək təbrik etdiyini söyləyib.

Xatırladaq ki, "Feyenoord" - "Manchester United" matçı 1:0 hesabı ilə meydan sahiblərinin qələbəsi ilə başa çatıb.

Milli.Az