Bu ana Facebook-da məşhurlaşdı - FOTO

15 Sentyabr 2016 14:14

ABŞ-ın Dallas şəhərindəki "Mansfield Lake Ridge" və "Mesquite Poteet" futbol komandaları arasındakı matçda fotoqraflıq edən Melissa Uordlou Facebook-un yeni qəhrəmanıdır.

Milli.Az The Dallas Morning News-a istinadən bildirir ki, Melissa matç əsnasında "kenquru" vasitəsilə bir oğlunu belində, bir oğlunu sinəsində saxlamaqla yanaşı, əlində fotokamera və içində süd olan butulka tutub.

Qəzet Melissanı "superana" adlandırıb.

"O foto həyatımın adi, rutin anlarından birində çəkilib. Uşaqlarımı özümlə daşıyıram, çünki onları tanımadığım dayəyə etibar edə bilmərəm. Üstəlik, oğullarımı bir dəqiqə nəzarətsiz qoysam, aləmi bir-birinə qatarlar", - Melissa Uordlou deyib.

Melissanın əri "Mansfield Lake Ridge" komandasının məşqçisidir.

İki övlad anası sosial şəbəkələrdə populyarlaşdığını dostlarından öyrənib, çünki onun heç bir sosial şəbəkədə akkauntu yoxdur.

Milli.Az