Pornoqrafik sayt dövlət qurumunu dilə tutdu - FOTO

15 Sentyabr 2016 13:50

Rusiyanın Federal Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi İnformasiya Vasitələrinə Nəzarət Xidməti ("Roskomnadzor") dünyanın ən məşhur pornoqrafik saytları arasında yer alan "YouPorn" və "PornHub"a Rusiya ərazisində girişi yasaqlayıb.

Milli.Az İTAR-TASS-a istinadən bildirir ki, "Pornhub"la bağlı qərar Voronej vilayətinin Buturlinovskaya rayon məhkəməsinin, "YouPorn"la bağlı qərar isə Vladivostok şəhərinin Pervoreçensk rayon məhkəməsinin hökmləri ilə bağlıdır.

"Roskomnadzor" qərarını "Rusiya ərazisində pornoqrafik materialların yayılması və təbliğinin qanunsuz olması" ilə əlaqələndirib.

"Pornhub" saytı da "Roskomnadzor"a Twitter  vasitəsilə müraciət edərək yazıb: "Sizə pullu abunəliyi hədiyyə etsək, yasaq ləğv olunarmı?!"

"Roskomnadzor"un Twitter akkauntunun cavabı az sonra yayılıb: "Biz demoqrafiya ilə alver etmirik".

Milli.Az