Balakəndə keçmiş məhkumdan silah və narkotik tapıldı

15 Sentyabr 2016 13:31

Balakən rayonunda 15 il məhkumuq həyatı yaşayan şəxsdən silah və narkotik götürülüb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Balakən Rayon Polis Şöbəsi əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində rayonun Qullar kənd sakini, 1973-cü il təvəllüdlü Rəsul Nəcməddin oğlu Emçiyev saxlanılıb. Ondan 1 ədəd "AKS" tipli avtomat, 2 ədəd avtomat darağı, 30 ədəd patron və 2 kiloqram marixuana götürülüb.
 
Məlumata görə, R. Emçiyev əvvəllər adam öldürdüyünə görə 15 il məhkumluq həyatı yaşayıb.

Milli.Az