Yol qəzası: ata öldü, 3 aylıq körpə qızı yaralandı

3 May 2011 12:46
Ata 3 aylıq körpəsi ilə birlikdə yol qəzasına düşüb. Daxili İşlər Nazirlyinin mətbuat xidmətindən Milli.Az xəbər portalına verilən məlumata görə, qəza zamanı ata ölsə də, uşaq ağır xəsarət alıb.

Hadisə mayın 2-də saat 17:30 radələrində Ağdaş rayonu ərazisində qeydə alınıb. Bərdə rayon sakini Murad Əliyevin idarə etdiyi "İkarus" markalı və Ağdaş rayon sakini Namiq Əhmədxanovun idarə etdiyi "VAZ-21074" markalı avtomobillər toqquşub.
Nəticədə N.Əhmədxanov hadisə yerində ölüb, xəsarət almış qızı 2011-ci il təvəllüdlü Nuray isə xəstəxanaya yerləşdirilib. Körpənin vəziyyəti orta-ağırdır.

Milli.Az