Rio-2016: Azərbaycanlı atlet finalda

12 Sentyabr 2016 07:28

Azərbaycanın atletika yığmasının üzvü Yelena Çebanu Rioda keçirilən XV Yay Paralimpiya oyunlarında finala çıxıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, 200 metr məsafəyə qaçışda 24,16 saniyəlik nəticəyə imza atan təmsilçimiz finala vəsiqə qazanıb.

Qeyd edək ki, Azərbaycan Paralimpiya oyunlarında 24 idmançı ilə təmsil olunur.

Milli.Az