"Rio-2016": Kənan Abdullaxanlı təsəlliverici görüşdə qüvvəsini sınayacaq - YENİLƏNİB

10 Sentyabr 2016 20:14

20:14

Dörddəbir finalda cənubi koreyalı Çoi Qvanqqeu ilə qarşılaşan cüdoçumuz Kənan Abdullaxanlı (100 kq) məğlub olub.

18:13

XV Yay Paralimpiya Oyunlarının cüdo yarışları davam edir.

AZƏRTAC xəbər verir ki, 100 kiloqram çəki dərəcəsində mübarizəyə qoşulan Azərbaycan cüdoçusu Kənan Abdullaxanlı tatami üzərinə çıxıb. Onun səkkizdəbir finalda rəqibi ukraynalı Oleksandr Pominov olub. İdmançımız rəqibini böyük üstünlüklə məğlub edərək dörddəbir finala yüksəlib.

K.Abdullaxanlı dörddəbir finalda cənubi koreyalı Çoi Qvanqqeu ilə üz-üzə gələcək.

Milli.Az