Milli Parkda intihara cəhd

9 Mart 2010 10:16
Səbail rayon Prokurorluğundan Milli.Az xəbər portalına verilən məlumata görə, Şüvəlan qəsəbə sakini Bəhram Dadaşov intihar etmək məqsədi ilə özünü dənizə atıb.  

B.Dadaşovun intiharının qarşısı alınıb, o sudan çıxarılıb. Onun ruhi xəstə olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır. 

Milli.Az