Apple iPhone7 və iPhone 7s-i təqdim etdi - YENİLƏNİB - FOTO

7 Sentyabr 2016 23:20

23:20

iPhone-nun yeni modelləri ilk dəfə olaraq stereodinamiklərlə təchiz olunublar. Apple korporasiyası naqilsiz, daxili kanal tipli, bir-biri ilə birləşməmiş  AirPods qulaqcııqları təklif edir.

iPhone 7 və iPhone 7 Plus  xüsusi olaraq hazırlanmış A10 Fusion prosessoru ilə işləyir. Bunun sayəsində yeni smartfonlar iPhone 6s ilə müqayisədə 40 faiz sürətlə işləyir.

Səhnəyə müğənni Sia çıxaraq "The Greatest" mahnısını ifa edib. Mahnı Orlandodakı terror aktı ilə bağlıdır.

Qrafika isə iPhone 6 ilə müqayisədə 3 dəfə, iPhone 6s ilə müqayisədə 50 faiz sürətlənib. Batareya iPhone 6 ilə müqayisədə 2 saat çox işləyir.

iPhone 7 smartfonu ABŞ-da 649, iPhone 7 Plus isə 769 dollara satılacaq. AirPod qulaqcıqlarını 159 dollara almaq olar. Satışlar sentyabrın 16-da başlanacaq.

22:33

Tim Kukun dediyinə görə, yeni əməliyyat sistemi olan iOS 10 Apple korporasiyasının ən güclüü mobil yenilənməsidir.

Yeni iPhone 7 təqdim olundu. Smartfonda iki kamera var və dizayn daha da minimalist olub. Smartfon qızılı, çəhrayı, gümüşü və qara rənglərdə satılacaq.

Yeni, 12 meqapiksellik kamerada görüntü stabilizatoru, 4 LED "fləş", 10 qatlıq rəqəmsal "zum" var.

iPhone 7 sudan "qorxmur".

Smartfonun ekranı daha da parlaqdır.

iPhone 7 Plus da təqdim olundu və bu simartffonda da 5 qatlıq rəqəmsal "zum"lu, 12 meqapiksellik kamera var. Ön kamera isə 7 meqapikseldir.

Smartfonları "Home" dyüməsi artıq sırf mexaniki deyil, əvəzinə təzyiq sensoru ilə təchiz olunub, taktil həssaslığı artırılıb.

iOS 10-da isə Siri, xəritələr, klaviatura, HomeKit yenilənib.

21:54

Tim Kukun dediyinə görə, ABŞ-da 114 məktəb Apple ConnectED sisteminə qoşulub. Korporasiya məktəblilərə 50 min iPad bağışlamaq niyyətindədir.

"Everyone Can Code" proqramı isə minlərlə şagird və məktəbliyə "Swift" proqramında kodlaşdırmağı öyrədir.

Tim Kuk Apple Watch 2-ni təqdim edib. "Ağıllı" saat S2 prosessoru ilə təmin olunduğundan iş vaxtı 50 faiz uzanıb. Üstəlik, saat 50 metr dərinlikdə suya da "dala" bilir.

Ümumiyyətlə, yeni smart-saat aktiv və idmanı sevən insanlar üçün hesablanıb.

Tim Kukun dediyinə görə, Apple Watch hazırda dünyada populyarlıq baxımından Rolex-dən sonra ikinci brenddir.

21:29

ABŞ-ın San-Fransisko şəhərindəki "Bill Graham Civic Auditorium"da Apple korporasiyasının yeni məhsullarının təqdimat mərasiminə başlayıb.

Milli.Az Apple-in rəsmi saytına istinadən bildirir ki, mərasimi Apple-in baş direktoru Tim Kuk başlayıb. Mərasimdə Tim Kukun avtomobildə gedərək güldüyü anların əks olunduğu video nümayiş olunub.

Daha sonra səhnəyə əfsanəvi "Super Mario" oyununun müəllifi Siqeru Miyamoto qalxıb. Onun sözlərinə görə, "Super Mario Run" oyunun iOS əməliyyat sistemi üçün versiyası hazırlanıb.

İlkin məlumatlara görə, yeni iPhone 7 smartfonu qızılı, boz və çəhrayı rənglərdə istehsal olunacaq. Smartfonun "büdcə", "bahalı" və "eksklüziv" variasiyaları nəzərdə tutulub.

iPhone 7-nin ekranının dioqanalı 4,7 düym, göstəriciləri isə 1334x750 piksel olacaq. Telefonda 2 qeqabaytlıq operativ yaddaş, Apple A10 prosessoru, 12 meqapiksellik kamera olacaq.  Smartfonun akkumulyatorunun tutumu 1960 milliamper-saatdır.

Yeni iPhone 7 qulaqcıqlara yalnız Lightning konnektoru ilə qoşuulacaq.

Mərasimdə MacBook Pro 2016 noutbuku və Apple Watch 2 "ağıllı" saatı da təqdim olunacaq.

Milli.Az