Türkiyədə 18 yaşlı qız yüksək dozada narkotik qəbul etdiyinə görə ölüb.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ailəsi qızın cənazəsini qəbul etməyib. O, kimsəsizlər məzarlığında dəfn ediləcək.
Polisin araşdırmalar nəticəsində əldə etdiyi məlumata görə, qız 13 yaşından etibarən anası tərəfindən kişilərə satılıb.
O, əvvəllər bu işi zorla etsə də, sonradan pis yola düşüb.
Milli.Az