“Xəzər Lənkəran” xal itirdi
30 Aprel 2011 20:15
Apasport.az saytının məlumatına görə, turun ilk oyun günündə 3 qarşılaşma baş tutacaq.
Əvvəl meydana ikinci "altılıq" komandaları çıxacaq. Artıq Premyer Liqadan gedişi rəsmiləşən MOİK "Gəncə"nin qonağı olacaq. "İkincilər"in lideri olan "Qəbələ" isə Zaqatala səfərində "Simurq"un aşağı dəstəyə yollanmasını rəsmiləşdirə bilər. Bunun üçün qonaqların qələbəsi kifayətdir.
Günün son matçı "Şəfa"da baş tutacaq. Son ölkə çempionu "İnter" "Xəzər Lənkəran"ı qəbul edəcək. Çempionluq şanslarını itirməmək üçün cənublular bu görüşdə mütləq qələbə qazanmalıdır. "İnter" isə uduzacağı halda mövsümü ilk "3-lük"dən kənarda tamamlayacaq.
30 aprel
"Gəncə" - MOİK - 1:0
QOL: Sabir Allahquliyev, 63
Hakimlər: Əliyar Ağayev, Ramiz Əsədov, İsgəndər Əliyev, Fuad Həsənov
Gəncə. Şəhər stadionu
Cari mövsümdəki oyunlar - 5:0, 1:0, 2:0
"Simurq" - "Qəbələ" - 0:0
Qırmızı vərəqə: Deon Barton, 85
Hakimlər: Ceyhun Haşmov, Munis Abdullayev, Ruslan Babayev, Feyzulla Feyzullayev
Zaqatala. Olimpiya İdman Kompleksinin stadionu
Cari mövsümdəki oyunlar - 0:2, 0:3, 0:4
"İnter" - "Xəzər Lənkəran" - 1:1
QOL: Asif Məmmədov, 29 - Hristu Kyaku, 61
Hakimlər: Ramil Diniyev, Elman Musayev, Elşən Acalov, Rəhim Həsənov
Bakı. "Şəfa" stadionu
Cari mövsümdəki oyunlar - 0:0, 1:3, 1:1
"Xəzər Lənkəran": Kamran Ağayev, Stelian Stanku, Elvin Beqiri, Manuel Skarlatake, Nikulae Muşat; Rahid Əmirquliyev, Andrei Mureşan, Dieqo Souza, Adrian Pit, Elnur Abdullayev; Hristu Kyaku.
"İnter": Georgi Lomaya, Arif Daşdəmirov, Valeri Abramidze, Volodimir Levin, Dmitri Kruqlov, Asif Məmmədov, Filip Despotvski, Branislav Çervenka, Petar Zlatinov, Şəhriyar Rəhimov; Robertas Poşkus.
Milli.Az