Az kalorisi olan 5 faydalı tərəvəz

6 Sentyabr 2016 08:41

Əgər meyvə və tərəvəzi sevirsinizsə, ancaq az kalorili tərəvəz axtarısınızsa, diqqət edin.

Xiyar.
Bir xiyarın yarısında 20 kalori vardır. Xiyar sulu tərəvəzlərdən sayılır. Hər bir xiyarın tərkibində 98% su vardır. Ona görə də arıqlamaq istəyənlər üçün münasib tərəvəz növüdür.
 
Pomidor.
Milli.Az deyerler.org-a istinadən bildirir ki, pomidor xiyarın dostudur və bəzi salatlar hər ikisi olmadan dadlı olmaz. Bir orta pomodorda 25 kalori vardır. Bu tərəvəzin də tərkibində su və fibr vardır, ona görə də iştahanı kontrol edə bilir. Bundan başqa, pomidor sağlam qalmağımız üçün də faydalıdır.
Kərəviz.
Kərəvizin hər bir budağı 1 kaloridir. Bu, elə bir tərəvəzdir ki, tərkibində çox az kalori vardır. Bəzi mütəxəssislərin nəzərinə görə hətta kərəviz yemək kaloriləri yandırmaq deməkdir.
Kahı.
Kahının hər bir yarpağında 2 kalori vardır. Hər nə qədər yarpaqları yaşıl olarsa, C vitamini və potassium daha çox olar.
Turp.
Əgər on ədəd turpu bir yerə yığsanız, 7 kalori olar. Turp o tərəvəzlərdəndir ki, sağlamlığınızın keşiyində durur. Bir qədər acı dadı həzm sistemini təhrik edir və ona görə də arıqlamaq istəyənlər üçün münasib tərəvəzdir.

Milli.Az