“Qarşıdakı turlarda əvəzedici heyətə şans verəcəm”

30 Aprel 2011 18:41
"İlk 15 dəqiqədə qol vurmaq üçün iki imkanımız var idi. Lakin faydalana bilmədik". ANS PRESS-in məlumatına görə, bu barədə Unibank Premyer Liqasının XXIX turu çərçivəsində "Gəncə"yə 1:0 hesabı ilə məğlub olan MOİK klubunun baş məşqçisi Ramil Əliyev bildirib.
"Komanda yaxşı oynadı. Premyer Liqa ilə vidalaşırıq. Qarşıdakı turlarda əvəzedici heyətin futbolçularına şans verəcəm. "Gəncə" son oyunlara itkilərlə çıxır, buna baxmayaraq, yaxşı oyun göstərdilər. Qələbə münasibəti ilə "Gəncə"ni təbrik edirəm", - deyə hərbçilərin baş məşqçisi əlavə edib.

"Gəncə" klubunun baş məşqçisi Mehman Allahverdiyev qarşılaşmanın çətin keçdiyini bildirib: "Bu oyunun çətin keçəcəyini bilirdik. MOİK son oyunlarda uğurlu çıxış edirdi. Oyundan öncə heyətdə bir sıra itkilərimiz var idi. Oyuna qələbə əzmi ilə çıxmışdıq, istəyimizə nail olduq. 5 oyundur ki, komanda məğlub olmur. Mən komandaya gələndən Sabir Allahquliyevi hücumçu kimi oynadıram, bu da öz nəticəsini göstərir".

Milli.Az