Türkiyə müxalifətinin lideri erməni olmağı ayıb saymır
30 Aprel 2011 18:28
Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CXP) sədri Kamal Kılıçdaroğlu anasının erməni olması barədə iddialara cavab verib. APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, CXP sədri "CNN-Türk" telekanalında yayımlanan "Liderlər zirvəsi" proqramında jurnalistlərin suallarına cavab olaraq anasının erməni olması barədə yayılan xəbərlərdən narahat olduğunu deyib: "Olmayan bir şey xəbər olaraq verilir. Erməni olmaq ayıb deyil, onlar da Allahın yaratdığıdır, amma biz erməni deyilik".
O, bununla bağlı xəbər yayan media qurumlarına qarşı mübariz aparacağını da deyib.
Milli.Az