"Yəhova şahidləri"ni təbliğ edən qadın tutuldu

30 Aprel 2011 17:31
Milli.Az xəbər portalı ANS-PRESS-ə istinadən bildirir ki, Lənkəran şəhər Rayon Polis Şöbəsi, Milli Təhlükəsizlik Nazirliyinin Lənkəran rayon şöbəsi və Dini Qurumlarla İşlər üzrə Dövlət Komitəsinin Cənub Bölgəsi əməkdaşlarının birgə keçirdikləri tədbirlər zamanı Lənkəran şəhər sakini Gülnaz Nəsirovanın müvafiq icazəsi olmadan "Yəhova şahidləri" dini təriqətini təbliğ etməsi müəyyən edilib. DİN-in rəsmi saytında yerləşdirilən məlumata görə, onun evinə baxış zamanı oradan 19 ədəd təbliği və yayımı qanunla qadağan edilmiş dini kitab aşkar edilərək götürülüb. Araşdırmalar aparılır.

Milli.Az