Türkiyə ulduzu Bengü Bakıda kimin toyuna gəlmişdi? - FOTO
30 Aprel 2011 16:07
Türkiyənin ulduz müğənniləri Azərbaycan toylarında tez-tez qonaq olurlar. Tarkan, Sibel Can, Sərdar Ortac, Hadisə, Ozcan Dəniz, Murat Boz, Kibariyə və əlbəttə ki, Bengü Erden. Onu Bakıda çox sevirlər, mahnıları isə türk mahnıları arasında ilk yerlərdən birini tutur. Erdenin repertuarına həm türk, həm də Azərbaycan bəstələri daxildir. Dünən müğənni azərbaycanlı iş adamının toyunda iştirak edib. O, Bakıya məşhur rəqqasələr Nihal və Demet ilə birgə gəlib.
"Bakıya gəlməyi çox sevirəm. Bu gözəl və qonaqpərvər şəhərdə özümü evdəki kimi hiss edirəm. Sənəti həqiqətən qiymətləndirən, qonaqlara mehribanlıqla və hörmətlə yanaşan tamaşaçılarınız qarşısında çıxış etmək çox xoşdur. Tamaşaçılara salam göndərirəm, onları ürəkdən öpürəm. Siz hamınız gözəl insanlarsınız ", - Bengü 










