"Bakı" - çempion!

30 Aprel 2011 15:36
Azerisport.az xəbər verir ki, paytaxt derbisində "İnter" çempionatın lideri "Bakı"nı qəbul edib.
 
"Bakı" çətin səfərdə rəqibini 2:0 hesabı ilə məğlub edub. Bu qələbə sayəsində "zolaqlılar" həm də son 3 tur qalmış çempionluğunu təmin edib. Artıq qalan turlarda "Bakı"nın əsas izləyicilərindən heç biri ona çata bilməyəcək.
 
Qeyd edək ki, hesabat turuna sabah - bazar günü keçiriləcək "Qarabağ" - "Gəncə" oyunu ilə yekun vurulacaq.
 
Əvəzedicilərin çempionatı
29-cu tur
30 aprel
 
İnter - Bakı - 0:2
Qollar: Nicat Abdullayev, 67, Nurlan Novruzov, 73-pen.
Hakimlər: Anar Niyazov, Rasim Əhmədov, Vasif Məmmədov, Elxan Müslümov
Hakim-inspektor: Zöhrab Qədiyev
Bakı. "Şəfa" stadionu.

Milli.Az