Amsterdamda 8 kvadratmetrlik bioplastik ev - FOTO

3 Sentyabr 2016 18:28

Amsterdamın sənaye rayonlarından birində quraşdırılmış 8 kvadratmetrə malik balaca ev bioplastikdən hazırlanıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Niderlandın "DUS" memarlıq studiyasının layihəsi əsasında hazırlanan evcik təbii fəlakətdən əziyyət çəkən insanlar üçün müvəqqəti sığınacaq yeri olacaq. Evin quraşdırılması və kommunikasiya xətlərinin çəkilişi 4 həftəyə başa gəlir.

Maraqlıdır ki, evdə yalnız 1 divan və ya çarpayı yerləşir.

Milli.Az