İranlılar Türkiyədə qəzaya düşdülər: 3 ölü, 36 yaralı - FOTO

30 Aprel 2011 14:49
Milli.Az xəbər portalının "Doğan" agentliyinə istinadən verdiyi məlumata görə, hadisə bu gün səhər saat 09 radələrində (Bakı vaxtı ilə 11) Adilcevaz qəsəbəsində eydə alınıb. İrandan Suriyaya gedən avtobusun sürücüsü Əli Fərhənc yağış yağması nəticəsində sürüşkən olan yolda idarəetməni itirib. Nəticədə avtobus aşıb.

Qəza nəticəsində iranlı sərnişinlərdən 3-ü ölüb, 36-sı yaralanıb. Yaralılar Bitlis şəhərinin xəstəxanalarına aparılıb.

Milli.Az