"Hər məşqçi həyatında bir dəfə "Real"da işləməlidir"

2 Sentyabr 2016 14:54

Karlo Ançelotti 2 il "Real"da çalışmasından razıdır.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, "Bavariya"nın baş məşqçisi bunları qeyd edib:

"Təcrübəm mənə deyir ki, hər məşqçi həyatında bir dəfə "Real"da işləməlidir. O, dünyanın ən böyük klublarından biridir. Mənim üçün çox dəyərli, unikal təcrübə oldu. "Real"da baş verənlər başqa heç bir klubda olmur. Klubun böyük azarkeş ordusu var. Onlar istənilən yerdə peyda olurlar. İstefa təcrübəsini də yaşamağa dəyər".

2013-15-ci illərdə "Real"a rəhbərlik edən Ançelotti klubu Çempionlar Liqası, UEFA Superkuboku və Klublarası dünya çempionatının qalibi etmişdi.

Milli.Az