Medvedev daha 3 generalı işdən çıxartdı

30 Aprel 2011 12:27
Milli.Az xəbər portalının RİA "Novosti"yə istinadən verdiyi məlumata görə, Kreml sahibi daha 3 generalın vəzifədən kənarlaşdırılması haqqında sərəncam imzalayıb.  Onların hər 3-ü Daxili İşlər Nazirliyində yüksək postlar tutan şəxslərdir. Söhbət nazirliyin Təşkilati təftiş departamentinin rəhbəri Vladislav Volınskidən, DİN yanında İstintaq komitəsinin rəis müavini Aleksandr Matveyevdən, həmçinin daxili işlər nazirinin köməkçisi Aleksey Pozdnyakovdan gedir.

Milli.Az