Bakı polisi narkotik alveri ilə məşğul olan "zek"ləri yaxaladı

30 Aprel 2011 12:15
Paytaxt polisi külli miqdarda narkotik maddəni dövriyyədən çıxarıb. Bakı Şəhər Baş Polis İdarəsindən Milli.Az xəbər portalına verilən məlumata görə, əvvəllər məhkum olunmuş Ağdaş rayon sakini Sərdar Hacıyevdən 2 kiloqramdan artıq narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.
 
O, BŞBPİ narkotiklərlə mübarizə idarəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində yaxalanıb.

Yasamal rayon Polis İdarəsinin 28-ci polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Yaşar Dadaşovdan 40 qramdan artıq narkotik vasitə olan heroin aşkar edilərək götürülüb. Onu da əlavə edək ki, Y.Dadaşov da əvvəllər həbsxana həyatını dadıb.

Hər iki faktla bağlı cinayət işi başlanıb. Onların narkotik maddəni haradan və hansı məqsədlərlə əldə etməsi araşdırılır.

Anar Məmmədov
Milli.Az