Azərbaycan Prezidenti Türkiyə Prezidentinə başsağlığı verdi

8 Mart 2010 15:38
Milli.Az-ın AzərTAc-a istinadən verdiyi xəbərə görə, başsağlığı məktubunda deyilir:

"Hörmətli cənab Prezident! Elazığ vilayətində baş vermiş zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər məni olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına, bütün Türkiyə xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.
Allah rəhmət eləsin!"

Milli.Az