Təcridxanaya şorun içərisindıə mobil telefon keçirilməsinə cəhd edilib - FOTO

30 Aprel 2011 12:52
Mobil telefon aparatlarının İstintaq Təcridxanasına keçirilməsinə cəhd edilib. Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr mərkəzindən Milli.Az xəbər portalına verilən məlumata görə, aprelin 26-da 2 saylı İstintaq Təcridxanasının əməliyyat aparatı tərəfindən müəssisəyə mobil telefonların keçirilməsinin qarşısı alınıb.
 
Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 2 saylı İstintaq Təcridxanasında saxlanılan, Cinayət Məcəlləsinin qəsdən sağlamlığa ağır xəsarət yetirmə (126.1) maddəsi ilə təqsirli bilinən 32 yaşlı Hüseynov Ceyhun Qəhrəman oğlunun yanına görüşə gəlmiş qohumu, Hüseynov Elmar Aydın oğlunun gətirdiyi sovqata baxış keçirilib. Sənaye istehsalı olan qablaşdırılmış şorun içərisində sellofana bükülüb gizlədilmiş 1 ədəd "Nokia-6300", 1 ədəd "Soni Eriksson-Z-250i" markalı mobil telefonlar, 1 ədəd "Sim" kart və hər iki telefon üçün elektrik yükləyiciləri aşkar edilərək götürülüb.
Fakt üzrə araşdırma aparılır.

Anar Məmmədov
Milli.Az