Dubaydan gələn azərbaycanlıdan iki ov bıçağı götürüldü

30 Aprel 2011 15:18
Milli.Az xəbər portalının Dövlət Gömrük Komitəsinin internet saytına istinadən verdiyi məlumata görə, İsmayıllı rayon sakini Mustafayev Rahil Orucalı oğlu gömrük nəzarətindən keçərkən, əl yükünə Hava Nəqliyyatında Baş Gömrük İdarəsi əməkdaşları tərəfindən gömrük baxışı keçirilib. Onun özü ilə gətirdiyi iki  ədəd üzərində "Columbia U.S.A SABER" sözləri yazılmış bıçaq araşdırma məqsədilə götürülüb.

Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspert arayışına əsasən, tədqiqata təqdim edilən 2 ədəd bıçaq zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçaqlarıdır və soyuq silah olduğu müəyyən edilib.

Milli.Az