Hicablı qadın kapron corab geyinə bilərmi?

1 Sentyabr 2016 20:20

Qadın şəffaf olmamaq şərtilə istənilən rəngdə kapron corab geyinə bilər
Uşağın çarpayısının altına yumurta qoymaq xurafatdır və dinlə heç bir əlaqəsi yoxdur
Tərkibində spirt olmayan pivəni içmək olar
Milli.Az zikr.az-a istinadən bildirir ki, şirniyyata duz vurmasanız da, onu yemək halaldır
Allahı, onun peyğəmbərini (sallallahu aleyhi və səlləm) və sizə yaxın insanları sevmək lazımdır
Haram şeylər etməmək, Allahı zikr etməyi unutmamaq, eşq xəstəliyinə tutulmamaq şərtilə kimisə sevmək günah deyil
Zərurət hallarında naməhrəm kişinin qadınla danışmasına icazə verilir. Məsələn, vacib bir məlumat vermək, mağazada başqa satıcı olmadıqda nəsə almaq, yaxın qonşuya zərurət halında kömək etmək və s. Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) də bu cür zərurət halında danışmışdı
Oruclu insanın yanında yemək günah deyil, amma başqa yerdə yesəniz daha yaxşıdır
Siqarət çəkmək haramdır.
Milli.Az