Azərbaycan Prezidenti Şimali İrlandiya kraliçasını təbrik edib

29 Aprel 2011 20:59
Azərbaycan Prezident İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası Ülyahəzrət II Elizabeti, nəvəsi Şahzadə Uilyamın toyu münasibətilə təbrik edib.

Təbrikdə deyilir: Ülyahəzrət, nəvəniz - Şahzadə Uilyamın toyu münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Sizə ən xoş arzularımı yetirir, yeni ailə həyatına qədəm qoyan gənclərə möhkəm cansağlığı və xoşbəxtlik diləyirəm".

AzərTAc