Prezident İlham Əliyev Sabunçuda yeni poliklinikanın tikintisi ilə bağlı sərəncam imzalayıb

29 Aprel 2011 19:37
Sərəncamda bildirilir ki, Sabunçu qəsəbəsində yeni poliklinikanın tikintisi və onun lazımi avadanlıqla təchizatı üçün Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Bakı şəhərinin Sabunçu rayonu İcra Hakimiyyətinə 2,0 (iki) milyon manat vəsait ayrılsın.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulmuş vəsaitin maliyyələşdirilməsini müəyyən olunmuş qaydada təmin etsin.

AzərTAc