Azərbaycan Prezidenti Niderland kraliçasını təbrik edib
29 Aprel 2011 19:32
Məktubda deyilir: "Ülyahəzrət, ölkənizin milli bayramı - Kraliça günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan-Niderland münasibətlərinin, dostluq və əməkdaşlıq əlaqələrimizin inkişafı bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.
Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Niderland xalqına sülh və rifah diləyirəm".
AzərTAc