Amerikalı aktrisa, Hollivud ulduzu Holli Berri sosial şəbəkələrdə fotolarını nadir hallarda paylaşır. Onun bikinidə fotoları isə ümumiyyətlə, azdır.
Milli.Az TMZ-yə istinadən bildirir ki, avqustun 14-də 50 yaşı tamam olmuş H.Berri bikinili fotosunu paylaşıb. Onun vücuduna 18 yaşlı qızlar həsəd apara bilərlər.
27 yaşlı Nalu adlı qızı və 2 yaşlı Maseo adlı oğlu olan Holli Berri həftədə 4 dəfə idmanla məşğul olur, sağlam qidalanır.
İndiyədək o, beysbolçu Devid Castin, musiqiçi Erik Benet və aktyor Olivye Martineslə nikahda olub.
Milli.Az