Bakıda dələduzluq edən şəxs cinayət məsuliyyətinə cəlb edildi

29 Aprel 2011 19:02
Rayon Polis İdarəsindən Milli.Az xəbər portalına verilən məlumata görə, Bakı sakini Məmməd Məmmədov etimaddan istifadə edərək xeyli pul mənimsəyib.

Paytaxt sakini Şahlar Cəfərquliyev polisə müraciət edərək bildirib ki, Məmməd Məmmədov onun etimadını qazanaraq, ondan 1500 manat pul alıb. Aparılan araşdırmalardan sonra fakt təsdiqini tapıb.

Onun barəsində Yasamal RPİ-nin istintaq şöbəsində Cinayət Məcəlləsinin dələduzluq (178-ci) maddəsi ilə cinayət işi başlanıb.

Anar Məmmədov
Milli.Az