Qus Hiddinq «Çelsi»yə qayıdır?

30 Aprel 2011 05:28
Futbol üzrə Türkiyə millisinin baş məşqçisi Qus Hiddinq "Çelsi"dən aldığı təklifə iyundan sonra cavab verəcəyini açıqlayıb.

Milli.Az xəbər portalının Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, "Zadəganlar" ona klubun idman direktoru postunu təklif edib. Hiddinq isə təklifi Türkiyə yığması ilə Avro-2012-nin seçmə mərhələsindəki çıxışının nəticəsinə əsasən dəyərləndirmək niyyətindədir.

"Hiddinq təklifə indi cavab verə bilməz. İyunda Türkiyə millisilə bağlı vəziyyət aydınlaşan zaman mütəxəssis ingilislərin təklifini cavablşandıra bilər", - deyə hollandiyalı mütəxəssisə yaxın mənbə bildirib.

Milli.Az