Prezident İlham Əliyev Mərakeş Kralına başsağlığı verib
29 Aprel 2011 17:56
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Mərakeşin Kralı VI Məhəmmədə başsağlığı verib.
Məlumatı AzərTAc dövlət agentliyi yayıb.
Başsağlığı məktubunda deyilir: "Mərakeş şəhərində törədilmiş terror aktı nəticəsində çoxsaylı insan tələfatı xəbəri bizi olduqca sarsıtdı. Biz bu dəhşətli hadisədən son dərəcə hiddətlənir, terrorun bütün təzahürlərini qətiyyətlə pisləyir, terrorizmə qarşı mübarizəni hər cür dəstəkləyirik. Baş vermiş faciə ilə əlaqədar dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına, bütün Mərakeş xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm. Allah rəhmət eləsin!".
Milli.Az