Suraxanı Rayon Hərbi Komissarlığının daha bir əməkdaşı həbs edildi
29 Aprel 2011 17:06
Bu barədə APA-ya Bakı Hərbi Məhkəməsindən bildirilib. Məlumata görə, komissarlığın çağırış şöbəsinin əməkdaşı Mərbud Məmmədov Respublika Hərbi Prokurorluğu tərəfindən başlanmış cinayət işi ilə əlaqədar məsuliyyətə cəlb edilib.
O, Cinayət Məcəlləsinin 32.5-ci (cinayətdə iştirakçılıq) və 311.1-ci (rüşvət alma) maddəsi ilə ittiham olunur.
Bakı Hərbi Məhkəməsinin qərarı ilə Mərbud Məmmədov barəsində həbs-qətimkan tədbiri seçilib.
Qeyd edək ki, bir neçə gün əvvəl Suraxanı və Binəqədi rayonlarının hərbi komissarları rüşvətxorluqda təqsirli bilinərək həbs ediliblər.
Milli.Az
Uyğun link:
Suraxanı rayonunun hərbi komissarı həbs edilib