Qəzzafi ordusu daha 12 qiyamçını öldürdü

29 Aprel 2011 15:34
Milli.Az xəbər portalının RİA "Novosti"yə istinadən verdiyi məlumata görə, bombardman nəticəsində 12 qiyamçı həlak olub. Xeyli yaralının olduğu bildirilir.
Qeyd edək ki, paytaxt Tripolinin 210 kilometrliyində yerləşən Misurat şəhərində son 1 həftədir ki, şiddətli döyüşlər gedir. İndiyədək şəhər uğrunda döyüşlərdə onlarla insan həlak olub, yüzlərlə qiyamçı yaralanıb.

Milli.Az