Ali məktəblərin dövlət sifarişli ixtisasları üzrə təhsil haqları artırılacaq

29 Aprel 2011 13:23
APA-nın məlumatına görə, bu barədə Azərbaycanın təhsil naziri Misir Mərdanov bildirib. Onun sözlərinə görə, bu artımın nə qədər olacağı hələlik bilinmir. Amma nazir belə hesab edir ki, dövlət sifarişli ixtisaslar üzrə təhsil haqları ödənişli əsaslarla olan ixtisaslar üzrə təhsil haqqından az olmamalıdır.

Misir Mərdanov Maliyyə Nazirliyi tərəfindən məhz bu məsələnin nəzərə alınacağına ümid etdiyini deyib.

Nazir onu da əlavə edib ki, artıq Azərbaycan Nazirlər Kabineti növbəti tədris ili üçün ali məktəblərə qəbul planını təsdiqləyib.

Milli.Az